Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanda daha 2 189 nəfər koronavirusa yoluxub, 28 nəfər ölüb

Azərbaycanda daha 2 189 nəfər koronavirusa yoluxub, 28 nəfər ölüb


30-10-2021, 15:44. Yazar: Admin

Azərbaycanda daha 2 189 nəfər koronavirusa yoluxub, 28 nəfər ölüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 189 yeni yoluxma faktı qeydə alınıb, 1 585 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaginfo.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 28 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 529 109 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 492 374 nəfər müalicə olunaraq sağalıb, 7 049 nəfər vəfat edib. 29 686 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 051, bu günə qədər isə ümumilikdə 5 183 839 test icra olunub.


Geri dön