Ana Sayfa > Karusel / Gündəm > Havaya atəş açdı, saxlanıldı

Havaya atəş açdı, saxlanıldı


30-10-2021, 13:42. Yazar: Admin

Havaya atəş açdı, saxlanıldı

 

Şəmkirdə oktyabrın 29-da saat 17 radələrində rayon sakini M.Musayevin münaqişə zəminində tüfəngdən havaya atəş açması barədə məlumat daxil olub.

DİN Mətbuat xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. M.Musayev saxlanılıb, ondan müvafiq sənədləri olmayan “TOZ” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Araşdırma aparılır.


Geri dön