Ana Sayfa > Karusel / Dünya > Rusiyada xüsusi təyinatlını öldürən erməniləri 22 ilə qədər həbs gözləyə bilər

Rusiyada xüsusi təyinatlını öldürən erməniləri 22 ilə qədər həbs gözləyə bilər


29-10-2021, 23:13. Yazar: Admin

Dövlət ittihamı 2019-cu ilin yayında Moskva vilayətinin Krasnoqorsk rayonunda baş vermiş kütləvi davanın doqquz iştirakçısı üçün 6 ildən 22 ilədək həbs cəzası istəyib. Bunu TASS-a təqsirləndirilən şəxslərdən birinin vəkili Narek Kostanyan deyib. Xatırladaq ki, həmin davada xüsusi təyinatlı Nikita Belyankin öldürülüb.

“Xuliqanlıqda təqsirləndirilən şəxslərə 6 il, qətl törətməkdə təqsirləndirilən şəxslərə - iki qardaşa - 20 il müddətinə azadlıqdan məhrumetmə cəzası istənilib”, - Kostanyan bildirib.

2019-cu ilin iyununda Rusiya Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlısı Nikita Belyankin Moskvada kafedə dalaşanları ayırmağa cəhd edib. Dava nəticəsində Belyankin ürək nahiyəsindən ölümcül yaralanıb və bir neçə dəqiqə ərzində ölüb. Daha bir nəfər isə ağır xəsarətlər alıb.

virtualaz.org


Geri dön