Ana Sayfa > Karusel / Gündəm > Ali Məhkəmə hakim barədə yayılmış video ilə bağlı məlumat yayıb
Ali Məhkəmə hakim barədə yayılmış video ilə bağlı məlumat yayıb29-10-2021, 18:25. Yazar: Admin |
"Azərbaycan Respublikasının Ali Məhkəməsi Ali Məhkəmənin hakimi barəsində son günlər sosial şəbəkələrdə yayılan təhqiramiz, həqiqətə uyğun olmayan təsvirləri ilə bağlı öz qəti mövqeyini bildirməyi zəruri hesab edir". Bu barədə Qarabaginfo.az-a Ali Məhkəmədən daxil olan məlumatda bildirilib. "Ali Məhkəmə hesab edir ki, bu cür saxtalaşdırılmış məlumatların yayılması cəmiyyətimizin dəyərlərinə zidd olan hərəkət olmaqla yanaşı, ümumilikdə dövlət hakimiyyətinin məhkəmə qoluna qarşı rəzil qəsd sayılmalıdır.Yayılmış məlumatla bağlı lazımi tədbirlərin görülməsi üçün müvafiq dövlət qurumlarına müraciət edilib. Ali Məhkəmənin hakimləri öz həmkarının və bütövlükdə məhkəmə hakimiyyətinin nüfuzunun ləkələnməsinə yönəlmiş belə cəhdləri qətiyyətlə pisləyir və həmvətənlərimizi belə uydurma məlumatları yaymaqdan çəkinməyə çağırırlar", deyə məlumatda qeyd olunub. Geri dön |