Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > SOCAR-ın Gürcüstandakı ikinci YDM-də günəş enerjisindən istifadəyə başlanılıb
Ana Sayfa > Karusel / Sosial > SOCAR-ın Gürcüstandakı ikinci YDM-də günəş enerjisindən istifadəyə başlanılıb

SOCAR-ın Gürcüstandakı ikinci YDM-də günəş enerjisindən istifadəyə başlanılıb


29-10-2021, 18:18. Yazar: Admin

SOCAR-ın Gürcüstandakı ikinci YDM-də günəş enerjisindən istifadəyə başlanılıb

Azərbaycan Dövlət Neft Şitkətinin (SOCAR) Gürcüstandakı artıq ikinci yanacaqdoldurma məntəqəsində (YDM) günəş enerjisindən istifadəyə başlanılıb.

Qarabaginfo.az-ın yerli bürosu xəbər verir ki, bu barədə “SOCAR Georgia Petroleum” şirkəti məlumat yayıb.

Bildirilib ki, Tbilisi dənizi yaxınlığında yerləşən YDM üzərində Almaniyanın “Sonneschmied” şirkəti 200 kvadrat metr ölçüdə günəş panelləri quraşdırıb.

Şirkət gələcəkdə günəş batareyaları vasitəsilə elektrik avtomobillərinin sürətlə yüklənəcəyi mərkəzlərin yaradılmasını planlaşdırır.

Qeyd edək ki, bundan öncə günəş panelləri SOCAR-ın Tbilisidəki Aqmaşenebeli alleyasındakı YDM-də quraşdırılıb.


Geri dön