Ana Sayfa > Karusel / Gündəm > İrəvan Tehranla Zəngəzur dəhlizinin alternativini müzakirə etdi

İrəvan Tehranla Zəngəzur dəhlizinin alternativini müzakirə etdi


29-10-2021, 16:32. Yazar: Admin

Ermənistanın İrandakı səfiri Artaşes Tumanyan yol və şəhərsalma naziri Rostam Qasemi ilə görüşüb.

 

Qarabaginfo.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, tərəflər Gorus-Qafan yoluna alternativ yolun tikintisini, Şimal-Cənub trası və “Fars körfəzi-Qara dəniz” nəqliyyat dəhlizini müzakirə ediblər.

 

Noyabrda İranla yeni yolun istifadəyə veriləcəyini bildirən erməni səfir 2022-ci ildən yeni nəqliyyat layihələrinə başlayacaqlarını elan edib.

 

Xatırladaq ki, “Fars körfəzi-Qara dəniz” nəqliyyat dəhlizi Çin və Mərkəzi Asiyanı Azərbaycan və Türkiyə ilə birləşdirəcək Zəngəzur dəhlizinə alternativ sayılır. İrəvan və Tehran Çin və Hindistan mallarının İran, Ermənistan və Gürcüstan üzərindən Avropaya daşınmasında maraqlıdır.

Modern.az


Geri dön