Ana Sayfa > Karusel / Dünya > ÜST baş direktor vəzifəsinə seçkilər keçirəcək, hazırkı rəhbər vahid namizəddir

ÜST baş direktor vəzifəsinə seçkilər keçirəcək, hazırkı rəhbər vahid namizəddir


29-10-2021, 16:17. Yazar: Admin

 

ÜST baş direktor vəzifəsinə seçkilər keçirəcək, hazırkı rəhbər vahid namizəddir

Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) üzv dövlətlər qurumun hazırkı baş direktoru Adan Qebreyesusun namizədliyini ikinci 5 il müddətinə yenidən irəli sürüblər.

Qarabaginfo.az xəbər verir ki, məlumatı oktyabrın 29-da ÜST Katibliyi yayıb.

Bildirilib ki, təşkilata üzv 28 dövlət müəyyən edilmiş müddətdə namizədlə bağlı təkliflərini göndəriblər.

Məlumata görə, baş direktorun növbəti səlahiyyət müddəti 2022-ci ilin mayında ÜST-ün 75-ci Assambleyasında təsdiqlənəcək.

Həmin il avqustun 16-dan isə yeni baş direktor səlahiyyətlərinin icrasına başlayacaq.(Report)


Geri dön