Ana Sayfa > Karusel / Gündəm > Amnistiya 15 min məhkuma şamil olunacaq: Bəxt kimin üzünə güləcək? - Mühüm açıqlama

Amnistiya 15 min məhkuma şamil olunacaq: Bəxt kimin üzünə güləcək? - Mühüm açıqlama


29-10-2021, 15:39. Yazar: Admin
Amnistiya 15 min məhkuma şamil olunacaq: Bəxt kimin üzünə güləcək? - Mühüm açıqlama

 

8 Noyabr Zəfər Günü münasibətilə Amnistiya Aktının qəbul edilməsi gözlənilir. Bu təşəbbüslə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva çıxış edib. İndidən Amnistiya Aktının 15 mindən çox məhkumu əhatə edəcəyi ilə bağlı məlumatlar yayılıb.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu Amnistiya Aktının kimlərə şamil olunacağına aydınlıq gətirib. O, məhbusların Cinayət Məcəlləsinin maddələrinə uyğun olaraq azad ediləcəyini bildirib:

“Milli Məclis amnistiya ilə bağlı qərarlar çıxarır və təsdiqləyir. Məhbuslar həmin maddələrə uyğun azadlığa buraxılır. Hüquq müdafiə fəaliyyəti ilə məşğul olan QHT olaraq siyahının tərtibinə qarışa bilmirik. Lakin hüquq müdafiəçiləri olaraq müəyyən təkliflər irəli sürdük ki, qəbul ediləcək Amnistiya Aktı1 və ya 2 il həbs müddəti qalan məhbuslar və siyasi səbəblərə görə həbs edilən şəxslər də şamil edilsin”.

N.Cəfəroğlu azadlığa çıxan məhbusların yenidən cinayət törədərək həbsə düşməməsi üçün atılan addımlara aydınlıq gətirib:

“Məhkumlarla azadlığa çıxmazdan öncə işləmək lazımdır. Məsələn, xarici ölkələrdə həbs müddətinin bitməsinə 6 ay qalmış onlara müəyyən iş tapırlar. Həmin şəxslər azadlığa çıxır və işləməyə başlayır. Xüsusən, həbsdə olan gənclər və qadınlar üçün xüsusi sexlər açılır, paltar tikməyi, pinəçilik və s. peşələr öyrədirlər.

Bu prosesləri Azərbaycanda həyata keçirmək üçün hər zaman müəyyən fikirlər irəli sürürük. Xarici ölkələrdə olan proseslər Azərbaycanda da həyata keçirilməlidir ki, insanlar həbsdən çıxıb küçədə qalmasınlar, yenidən cinayətə sürüklənməsinlər.

Həbsxana reabilitasiya üçündür. Cinayətə əl atan şəxsləri həbsə salıb islah etmək lazımdır, cani saxlamaq yox”.

Yenisabah.az

 

Amnistiya 15 min məhkuma şamil olunacaq: Bəxt kimin üzünə güləcək? - Mühüm açıqlama


Geri dön