Ana Sayfa > Karusel / Gündəm > Çavuşoğlu Bayramova təşəkkür etdi

Çavuşoğlu Bayramova təşəkkür etdi


29-10-2021, 15:13. Yazar: Admin

Çavuşoğlu Bayramova təşəkkür etdi

 

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Ceyhun Bayramova Respublika Günü münasibətilə təbrikinə görə təşəkkür edib.

Qarabaginfo.az xəbər verir ki, Türkiyənin XİN rəhbəri bu barədə öz tviter hesabında yazıb.

“Qardaşım Ceyhun Bayramov, səmimi təbrik mesajın üçün təşəkkür edirəm. Can Azərbaycan ilə sevincimiz birdir. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!”, - deyə paylaşımda qeyd olunub.


Geri dön