Ana Sayfa > Karusel / Siyasət > Zəngəzur dəhlizinə kim nəzarət edəcək? - Erməni deputat AÇIQLADI
Zəngəzur dəhlizinə kim nəzarət edəcək? - Erməni deputat AÇIQLADI29-10-2021, 13:49. Yazar: Admin |
“Azərbaycan Ermənistan ərazisindən Naxçıvana yol əldə edəcək”.
Qarabaginfo/az xəbər verir ki, bunu Ermənistan Mülki Müqavilə Partiyasından olan deputat Qaqik Melkonyan deyib. Onun sözlərinə görə, Ermənistan tərəfi hətta bu yola nəzarət edə bilməyə bilər:
“Biz bunu “yol” adlandırırıq, onlar buna “dəhliz” deyirlər. Amma dəhliz verməyəcəyik, dəmiryolu və ya avtomobil yolu təqdim edə bilərik. Biz Qarabağa gömrük-keçid məntəqəsi olmadan, yalnız keçid məntəqələrindən keçərək gedirik, onlar da sərbəst girib-çıxacaqlar. Ağdərə-Vardenis, eləcə də Qazaxdan Gürcüstan istiqamətinə yollar açılmalıdır. Ermənistan hökuməti bununla təkcə Azərbaycanın Naxçıvan yol əldə etməsinə razılıq vermir, həm də erməni tərəfinin bu yola nəzarət edəcəyinə əmin deyil”. Geri dön |