Ana Sayfa > Karusel / Cəmiyyət > Dövlət Gömrük Komitəsinin 30 illiyi ilə bağlı yubiley medalı təsis ediləcək

Dövlət Gömrük Komitəsinin 30 illiyi ilə bağlı yubiley medalı təsis ediləcək


29-10-2021, 13:10. Yazar: Admin

Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə - QAYDASI DƏYİŞİB - FED.az

“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” yubiley medalı və “Gömrük orqanları ilə səmərəli əməkdaşlığa görə” medalı təsis ediləcək.
Qarabaginfo.az xəbər verir ki, bu Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” Azərbaycan Respublikasının yubiley medalının və “Gömrük orqanları ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.


Geri dön