Ana Sayfa > Karusel / İdman > Bakıdakı “Böyük Dəbilqə”yə gələcək ölkələrin sayı açıqlanıb

Bakıdakı “Böyük Dəbilqə”yə gələcək ölkələrin sayı açıqlanıb


29-10-2021, 10:34. Yazar: Admin

Bakıdakı “Böyük Dəbilqə”yə gələcək ölkələrin sayı açıqlanıb

Bakıda keçiriləcək cüdo üzrə “Böyük Dəbilqə” turnirinin yekun siyahısı müəyyənləşib.

Apasport.az xəbər verir ki, bu barədə Beynəlxalq Cüdo Federasiyası məlumat yayıb.

Qeydiyyatın son günündə yalnız Azərbaycanın heyətində dəyişiklik olub. Kişilərdən ibarət millimiz daha 5 cüdoçunu sifariş edib. Bununla da 31 ölkənin 208 idmançısı “Böyük Dəbilqə”də qüvvəsini sınayacaq. Onlardan 137-si kişi, 71-i qadındır.

Qeyd edək ki, Azərbaycan millisi turnirdə 20 kişi, 8 qadın cüdoçu ilə təmsil olunacaq. Yarış noyabrın 5-7-də keçiriləcək.(Apa)


Geri dön