Ana Sayfa > Karusel / Təhsil > Bakıda koronavirusa görə bağlanan məktəb açılıb

Bakıda koronavirusa görə bağlanan məktəb açılıb


29-10-2021, 10:14. Yazar: Admin

 

Bakıda koronavirusa görə bağlanan məktəb açılıb

Koronavirusa görə Bakıda distant təhsilə keçən 245 nömrəli tam orta məktəbdə əyani dərslər bərpa olunub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Qarabaginfo.az-a verilən məlumata görə, məktəb kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş 14 günlük karantin müddəti oktyabrın 29-da başa çatıb.

Qeyd olunub ki, təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.


Geri dön