Ana Sayfa > Karusel / Kriminal > “Üç mərasimində mağarda Kamal Qılıcov camaatı yığıb dedi ki, uşağı öldürən İlkindir” - Nərminin əmisi
“Üç mərasimində mağarda Kamal Qılıcov camaatı yığıb dedi ki, uşağı öldürən İlkindir” - Nərminin əmisi29-10-2021, 08:00. Yazar: Admin |
Tovuzun Dondar Quşçu kəndində azyaşlı Nərmin Quliyevanı oğurlayıb öldürməkdə təqsirli bilinən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Qarabaginfo.az xəbər verir ki, ötən gün Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda Nərminin əmisi Arif Quliyev dindirilib. Məlum olub ki, Nərmin sonuncu dəfə 2019-cu il noyabrın 21-də əmisigilin həyətində olub, orada təxminən 1 dəqiqə dayanıb və gedib: “Yanvarın 6-da axşam Nərminin meyitinin kənddə yandırılmış vəziyyətdə tapıldığını eşitdik. Hadisə yerinə gedəndə çoxlu polislər var idi. Meyitə yaxından baxmadıq, təxminən 5 metr məsafədən baxdıq. Elçin adlı prokuror dedi ki, sizin uşaqdır. Camaat danışırdı ki, meyiti İlkin söndürüb”. A.Quliyev vəkillərin suallarına cavab verərkən, İlkin Süleymanovun yanvarın 6-da saxlanıldığını bildirib: “Nərminin itkin olduğu 47 gün ərzində İlkini bir neçə dəfə kənddə görmüşəm. İlkin hadisə günü saxlanıldı. Onun saxlanıldığını Nərminin cəsədi tapılan gündən bilirdik. Həmin gün polis şöbəsinə aparmışdılar. Uşağın üç mərasimində mağarda Kamal Qılıcov (hazırda Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin rəisi-red.) camaatı yığıb dedi ki, uşağı öldürən İlkindir”. Qeyd edək ki, rəsmi açıqlamaya görə, İlkin Süleymanov 2020-ci il yanvarın 10-da saxlanılıb. Onun yaxınları isə Süleymanovun yanvarın 6-da saxlanıldıqdan sonrakı dörd gün ərzində polis bölməsində işgəncəyə məruz qaldığını və işgəncələrə dözməyərək yanvarın 10-da uşağı oğurlayıb öldürməsi barədə ifadəyə imza attdığını iddia edirlər. Nərmin Quliyevanın itkin olduğu müddətdə ailəsi kənddə evlərdə axtarışlar aparsa da, İlkingilin evinə baxmayıblar. Arif Quliyev məhkəmədə bildirib ki, İlkinin əmisi oğlu polis olduğu üçün axtarışa ehtiyac duymayıblar. A.Quliyev istintaqa ifadəsində isə İlkinin əmisioğlunun polis əməkdaşı olduğu üçün onlara məxsus evlərə baxış keçirməkdən yayındırdığını bildirib. Məhkəmədən sonra İlkin Süleymanovun vəkili Əlibaba Rzayev KİV-ə bildirib ki, məhkəmə araşdırması hüquqlarını müdafiə etdiyi şəxsin yanvarın 10-da deyil, 6-da saxlandığını ortaya qoyur: “İstintaq orqanı İlkin Süleymanovun dörd gün ərzində Tovuz rayon Polis Şöbəsində qanunsuz saxlanması faktını ört-basdır eləməyə çalışır. Bunun əksini isə təkcə İlkin Süleymanov, müdafiə tərəfi demir, zərərçəkən tərəf də ifadələrində bildirir ki, ayın 6-dan saxlanmışdı. Biz Kamal Qılıcovun hansı statusla bu prosesdə iştirak etməsi, Süleymanova rəsmi ittiham elan olunmadan onun haqqında açıqlama verməsi məsələsilə bağlı da araşdırma aparacağıq”. Məhkəmə araşdırmaları noyabrın 3-də davam edəcək.(Qafqazinfo) Geri dön |