Ana Sayfa > Karusel / Multimedia > İnternetin sürəti niyə zəifdir? - “5 megabitdən 2-i oğurlanırsa...”

İnternetin sürəti niyə zəifdir? - “5 megabitdən 2-i oğurlanırsa...”


28-10-2021, 17:17. Yazar: Admin
İnternetin sürəti niyə zəifdir? - “5 megabitdən 2-i oğurlanırsa...”

İnternet istifadəçiləri ATS zəng edib “Sürət zəifdir” deməkdən yorulublar. Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz də durumun acınacaqlığını təsdiqləyir: “Keyfiyyətli internetə əl çatımlılıq hələ ki mümkün deyil”.

Ekspert bildirib ki, bu problemdən artıq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi xəbərdardır:  Hətta rəsmi şəkildə Azərbaycanda sürət məsələsinin hazırda ən aktual problem olduğunu bildirilib. Vətəndaşların şikayət etdiyi digər problemlər qırılmalar, müqavilədə olan sürətin əldə edilməməsi və s.-dən ibarətdir. Nazirlik açıqlayıb ki, özəl provayderlərlə birlikdə 2 ilə bu müşküllər həll ediləcək. İndiyə qədər Azərbaycanda inhisarçılıq idi. 2 dövlət qurumu vardı: “Aztelekom” və “Baktelekom”. İndiki rəhbərlik deyir ki, inhisarçılığı ləğv edəcəyik, özəl provayderləri tərəfdaşlığa dəvət edirik. Artıq özəl provayderlərlə dövlət provayderləri müqavilə bağlayıb. Bakı ətrafında “Baktelekom” provayderi ilə yanaşı, bir neçə özəl provayder də xidmət göstərməyə başlayacaq. O cümlədən, regionda bir neçə özəl provayder “Aztelekom” dövlət provayederi ilə birgə fəaliyyətə başlayacaq. Bu təşəbbüsün adı “Dövlət-Özəl Tərəfdaşlığı”dır”.

Osman Gündüz vətəndaşların bu vəziyyətdə hansı addımları atmasını da sadalayıb:

“Əminəm ki, inhisarçılığın qarşısını almaq üçün irəli sürülən bu təşəbbüs özəl şirkətlər üçün də cəlbedici olsa, burda böyük resurslar olacaq. Dövlət və özəl resursları birləşdirib nəsə edə biləcəyik. 

Əgər indi vətəndaş problemlə üzləşirsə, yəni müqavilədə nəzərdə tutrulan 20 manata 5 megabit almalı idisə, bunun yerinə beşin ikisi oğurlanıırsa, bu artıq qanunvericiliyin pozulmasıdır. Vətəndaş bunu aktlaşdırır, “skreen”lərini qeyd edir, əvvəlcə proveyder şirkətinin özünə müraciət edir, ATS-in bu məsələlərdə rolu yoxdur. İkincisi, vətəndaş şikayətini Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə çatdırır. 

Yeri gəlmişkən, bu yaxınlarda provoyder şirkətləri ilə görüş keçirdik. Bu görüşdə sadaladığım məsələlər müzakirəyə çıxardıq. Elan olundu ki, bu məsələlərə diqqət bundan artırılacaq”.(Yenisabah)


Geri dön