Ermənistanın Geqarkunik vilayətində qumbara partlayıb, xəsarət alanlar var.
Qarabaginfo.az xəbər verir ki, hadisə vilayətin sərhədyanı ərazisində qeydə alınıb.
Yüngül bədən xəsarətləri alan hərbçilər xəstəxanaya yerləşdiriliblər, həyatları üçün təhlükə yoxdur.
Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.
Faktla bağlı cinayət işi başlanıb.