Ana Sayfa > Karusel / Qarabağ > Sülhməramlılar 2030-cu ilə qədər Qarabağda QALA BİLƏR
Sülhməramlılar 2030-cu ilə qədər Qarabağda QALA BİLƏR28-10-2021, 13:18. Yazar: Admin |
“Rusiyalı sülhməramlı kontingenti 2020-ci il 10 noyabr razılaşmasında nəzərdə tutulduğundan daha uzun müddətə Qarabağda qalacaq”. Qarabaqinfo.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının Baş katibi Armen Qriqoryan açıqlama verib. Armen Qriqoryan Azərbaycanla delimitasiya və demarkasiyaya hazır olduqlarını amma bu istiqamətdə irəliləyişin olmadığını da əlavə ediblər. Xatırladaq ki, 2020-ci il 10 noyabr razılaşmasına görə, Rusiya sülhməramlı qüvvələri Qarabağda azı 5 il müddətində yerləşdirilir. Azərbaycan tərəfi həmin müddətin bitməsinə 6 ay qalmış Rusiya tərəfini missiyasını yekunlaşdırması barədə xəbərdar etməzsə, sülhməramlıların qalma müddəti yenidən avtomatik 5 il uzadılacaq. Beləliklə, Ermənistan tərəfinin versiyasına görə, sülhməramlı kontingentin qalma müddəti 2025-ci ildə deyil, azı 2030-cu ilin noyabrına qədər uzadılacaq. Geri dön |