Psaki deyib ki, ABŞ lideri ilə Papa həmfikirdirlər və onlar bir sıra məsələlərdə – yoxsulluq, iqlim böhranı, COVID-19 pandemiyası ilə bağlı razılığa gəlirlər: “Bütün bunlar son dərəcə vacib məsələlərdir. Görüşdə bu məsələlər əsas müzakirə mövzusu olacaq”.
Psakindən, həmçinin, Baydenin Müqəddəs Taxt-Tacın rəhbəri ilə abort məsələsini müzakirə etmək niyyətində olub-olmadığı soruşulub.
“Prezidentin mövqeyi ilə tanışsınız. Bayden qadının seçim hüququnu dəstəkləyir və bunu vacib sayır. Papanın fərqli baxış bucağı var”, deyə cavab verib.
Mətbuat katibi xatırladıb ki, cümə günü Baydenlə Papanın sayca dördüncü görüşü baş tutacaq
Qeyd edək ki, Bayden Romada keçiriləcək G20 Liderlərinin Sammitində və Şotlandiyanın Qlazqo şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP-26) 26-cı Tərəflər Konfransında iştirak etmək üçün cümə axşamı Avropaya səfər edəcək.