Ana Sayfa > Karusel / Region > Paşinyan Putinin xəritə təklifi ilə razılaşdı: “Bəli, bu xəritələr lazımdır”
Paşinyan Putinin xəritə təklifi ilə razılaşdı: “Bəli, bu xəritələr lazımdır”27-10-2021, 23:08. Yazar: Admin |
“Rusiya Prezidenti Vladimir Putinin bəhs etdiyi delimitasiya xəritələri “Ermənistanın inzibati-ərazi bölgüsü haqqında” qanunda təsvir olunan sərhədlərlə 100 faiz olmasa da, ən azı 99 faiz üst-üstə düşür". Qarabaginfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdəki çıxışı zamanı deyib. Paşinyanın qeyd edib ki, Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və delimitasiyası sovet dövrünün xəritələrinə əsaslanmalıdır: “Onlar keçmiş ittifaq respublikalarının xəritələri ilə təxminən eynidir. Bəli, bu xəritələr lazımdır, bu müzakirələr lazımdır. Ancaq bu xəritələr hüquqi əsasları olan xəritələr olmalıdır. Müxtəlif illərin xəritələri bir-birinin təkrar çapıdır”. Geri dön |