Ana Sayfa > Karusel / Region > Düşmənin yüzlərlə texnikanı Xocalı və Şuşa ətrafına toplaması barədə AÇIQLAMA
Düşmənin yüzlərlə texnikanı Xocalı və Şuşa ətrafına toplaması barədə AÇIQLAMA27-10-2021, 22:14. Yazar: Admin |
“Xocalının Daşkənd kəndində və Şuşa ətrafında yüzə yaxın düşmən texnikası və ağır silahları aşkar görünür”. Bu barədə hərbi Ekspert Ədalət Verdiyev özünün sosial şəbəkə hesabında məlumat paylaşdı və hətta peyk görüntülərini də əlavə etdi. Sözügedən mövzu qısa zaman ərzində geniş müzakirələrə səbəb oldu və hərə bunu bir məntiqlə izah etməyə çalışdı. Qarabaginfo.az xəbər verir ki, mövzu ilə bağlı Konkret.az-a açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov bir sıra maraqlı məqamlara toxunub. Ekspertin sözlərinə görə, bu texnika orada əvvəldən var idi: “Əgər Ədalət Verdiyev o məlumatları paylaşıbsa, demək bu informasiyanı müvafiq qurumlar onun vasitəsi ilə bölüşüblər. Yəni “məlumatımız var” mesajı ötürüblər. O məqsədlə edilib ki, yaxın zamanlarda sözügedən ərazidən həmin texnika çıxarılmalıdır və təhvil verilməyə hazır olmalıdır. Noyabrın 9-10-nu arası imzalanacaq sənədə əsasən bir sıra məsələlər nəzərdə yutulub. Onlardan biri də, həmin ərazidə olan silahlı birləşmələrin və texnikaların çıxarılmasıdır. Yəni bu məlumat sadəcə olaraq xatırlatma məqsədi ilə paylaşılıb”. Üzeyir Cəfərov əlavə edib ki, narahatçılıq üçün heç bir əsas yoxdur: “Nəzərə alaq ki, dünən Azərbaycan və Türkiyə arasında yeni bir görüş oldu və müəyyən fikirlər səsləndirildi. Ona görə də, bu fikirlərin fonunda hər hansı bir narahatçılığa əsas görmürəm. Artıq gələn həftələrdə Moskvada imzalanacaq sənədin tərkibində Xocalının təhvil verilməsi məsələsi də olacaq. Ən əsası orada delimitasiya və demarkasiya məsələləri də var. Sənəd imzalandıqdan sonra Azərbaycanın tələbi və istəyi nəzərə alınacaq. Artıq Rusiya da Azərbaycanın tələbinin nə olduğunu yaxşı bilir. Ona görə də, hesab edirəm ki, Xocalı da, Xocavənd də, Xankəndi də təhvil veriləcək. Bu sadəcə zaman məsələsidir”. Geri dön |