Ana Sayfa > Karusel / İdman > Maradonanın doğulduğu ev Argentinada tarixi abidə kimi tanınıb
Maradonanın doğulduğu ev Argentinada tarixi abidə kimi tanınıb27-10-2021, 22:11. Yazar: Admin |
Dünyaca məşhur futbolçu Dieqo Maradonanın doğulduğu ev Argentinada tarixi abidə kimi tanınıb. Qarabaginfo.az xəbər verir ki, bu barədə ölkə prezidenti Alberto Fernandes fərman imzalayıb. Fərmanda deyilir ki, Buenos-Ayres əyalətinin Villa Fiorito qəsəbəsində yerləşən Dieqo Armando Maradonanın evi milli tarixin abidəsi kimi tanınsın. Qeyd edək ki, Maradona 1960-cı il oktyabrın 30-da doğulduğu ev gecəqondular məhəlləsində yerləşir. Ev məhəllənin giriş hissəsinin qabağında kiçik tikilidir. Ev üç otaqlıdır, onun yanında isə Maradonanın ilk məşqinə başladığı futbol meydançası olub. FİFA rəsmi saytında keçirilən səsvermədən sonra Maradona 20-ci əsrin ən yaxşı futbolçusu kimi tanınıb. Həmçinin, təşkilat 1986-cı il iyunun 29-da Meksikada keçirilən dünya çempionatının 1/4 finalında Argentina millisinin qalib gəldiyi oyunda Maradonanın İngiltərəyə vurduğu topu “əsrin qolu” adlandırıb. Maradona cəmi bir neçə ildən sonra həmin qolu əli ilə vurduğunu etiraf edib. Böyük futbolçu 25 noyabr 2020-ci ildə 60 yaşında vəfat edib.(Apa) Geri dön |