Ana Sayfa > Karusel / Gündəm > Bu xəstəliyi olan uşaqlara peyvənd tövsiyə edilir

Bu xəstəliyi olan uşaqlara peyvənd tövsiyə edilir


27-10-2021, 16:17. Yazar: Admin

 

Bu xəstəliyi olan uşaqlara peyvənd tövsiyə edilir

 

“Piylənmə, immun çatışmazlığı, anadangəlmə ürək qüsuru, xroniki ağciyər xəstəliyi, böyrək çatışmazlığı, bədxassəli şişlər və sair bu kimi xəstəlikləri olan uşaqlar koronavirusla bağlı risk qrupuna daxildir. Bu xəstəliklərdən əziyyət çəkən 12 yaşdan böyük uşaqların koronavirusa qarşı peyvənd olunması məsləhətdir”.

Qarabaginfo.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Səhiyyənin Təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova “Uşaqlar və COVID-19” mövzusunda danışarkən bildirib. 

O qeyd edib ki, peyvənd tövsiyə xarakterlidir və hər iki valideynin razılığı əsasında həyata keçirilir: “Uşaqlara Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə elədiyi “Pfizer” vaksini vurulur. Çünki ölkədə istifadə olunan digər peyvəndlər barədə elmi araşdırmalar hələ tam başa çatmayıb. Peyvənd vurulan uşaqlarda göstəriş və əks-göstərişlər böyüklərdəki kimidir. Biz peyvənd olunmaqla pandemiya dönəmini keçə bilərik”.

A.Zeynalova həmçinin uşaqları risk qrupuna daxil olan valideynlərə tövsiyələr edib. Qeyd edib ki, birinci növbədə yuxu rejiminə riayət olunmalıdır: “Körpələr ana südü ilə qidalanmalı, bir qədər böyüklərdə balanslaşdırılmış qida rejimi olmalıdır. Ailədə stress az olmalıdır, qayğıkeş ailə mühiti yaradılmalıdır. Kiçik yaşlılar müntəzəm olaraq havada gəzməlidirlər”. 


Geri dön