Ana Sayfa > Karusel / Siyasət > Ərdoğan: “Türkiyə azad edilmiş ərazilərin bərpasında iştirakdan qürur duyur”

Ərdoğan: “Türkiyə azad edilmiş ərazilərin bərpasında iştirakdan qürur duyur”


27-10-2021, 13:02. Yazar: Admin

Rəcəb Tayyib Ərdoğan

 


"Türkiyə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında iştirak etməkdən qürur duyur".

Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən jurnalistlərin suallarına cavabında bildirib.

Ərdoğan Azərbaycana səfəri zamanı işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma və abadlıq işlərini yaxından gördüyünü qeyd edib.

O, Füzuli Beynəlxalq Hava Limanının fəaliyyətə başlaması ilə mühüm hava nəqliyyatı marşrutunun həyata keçirilməsinə diqqət çəkib. Ərdoğan əlavə edib ki, Füzuli aeroportu təkcə Azərbaycan üçün deyil, ümumilikdə Qafqaz üçün nəqliyyat sahəsində böyük potensiala malikdir.

“Bölgədə yol tikintisi ilə bağlı rəsmilərimizdən və əməkdaşlarımızdan məlumat aldıq. Türkiyə olaraq regional sülh və sabitliyin qurulmasında nəqliyyat xətlərinin əhəmiyyətini hər zaman vurğulamışıq”, - Türkiyə dövlət başçısı vurğulayıb.


Geri dön