Ana Sayfa > Karusel / Gündəm / Yazar > Ərdoğana salam olsun!- Mirmehdi Rəsuldan yeni şeir

Ərdoğana salam olsun!- Mirmehdi Rəsuldan yeni şeir


27-10-2021, 12:47. Yazar: Admin



Qarabaginfo.az şair Mirmehdi Rəsulun "Ərdoğana salam olsun! şeirini təqdim edir!

 

Al nurunu, dər günəşdən,

Səhər-səhər tər günəşdən,

Qurd yuvası Ərgünəşdən,

Ərdoğana salam olsun!

 

Zirvəsi ağ qar daşından,

Dost daşından, yar daşından,

İlham kimi qardaşından,

Ərdoğana salam olsun!

 

Xan Arazın qırağından,

O tayından, bu tayından,

Azad Turan torpağından,

Ərdoğana salam olsun !

 

İlham adlı komandanım,

Bu torpağa qurban canım,

Dar günündə Alp Arslanım,

Ərdoğana salam olsun!

 

Sər igidə, sər kişiyə

Nər oğula, nər kişiyə,

Mirmehdidən ər kişiyə,

Ərdoğana salam olsun! 

 

 


Geri dön