Ana Sayfa > Karusel / Gündəm > Həbsdə olan keçmiş başçı koronadan sağaldı
Həbsdə olan keçmiş başçı koronadan sağaldı27-10-2021, 12:05. Yazar: Admin |
Koronavirusa yoluxaraq Mərkəzi Gömrük Hospitalına köçürülən İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin səhhəti yaxşılaşıb. Qarabaginfo.az-ın məlumatına görə, Ədliyyə Nazirliyindən bildirilib ki, vəzifə cinayətlərinə görə həbs olunmuş İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyev bir müddət əvvəl koronavirus xəstəliyinə yoluxduğundan o, Gömrük Hospitalında yerləşdirilərək orada müalicə alıb. Artıq V. Hacıyev tam sağalaraq penitensiar sistemə geri qaytarılıb Geri dön |