Ana Sayfa > Karusel / İqtisadiyyat > Gələn il Azərbaycanda büdcədən iqtisadi fəaliyyətə 6 milyard manat xərclənəcək

Gələn il Azərbaycanda büdcədən iqtisadi fəaliyyətə 6 milyard manat xərclənəcək


27-10-2021, 10:07. Yazar: Admin

 


Gələn il Azərbaycanda büdcədən iqtisadi fəaliyyətə 6 milyard manat xərclənəcək

Gələn il Azərbaycanda dövlət büdcəsindən iqtisadi fəaliyyətə 5,932 milyon manat vəsait ayrılması nəzərdə tutulub.

Qarabaginfo.az xəbər verir ki, bu, “2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, bunun 4 992 milyon manatını tikinti və şəhərsalmaya çəkilən xərclər, o cümlədən 2 790 milyon manatını dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri), 2 200 milyon manatını işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması xərcləri təşkil edəcək.

Bundan başqa, gələn il büdcədən nəqliyyat və rabitəyə 218 milyon manat, kommersiya fəaliyyətinə 56 milyon manat, geodeziya və faydalı qazıntılara 8 milyon manat, yanacaq və energetikaya 2 milyon manat, iqtisadi fəaliyyətlə bağlı digər xidmətlərə isə 656 milyon manat xərclənməsi planlaşdırılır.


Geri dön