Ana Sayfa > Karusel / Siyasət > Türkiyə baş konsulu Naxçıvanla əlaqələrdəki xidmətinə görə təltif edilib

Türkiyə baş konsulu Naxçıvanla əlaqələrdəki xidmətinə görə təltif edilib


27-10-2021, 08:11. Yazar: Admin

 

Türkiyə baş konsulu Naxçıvanla əlaqələrdəki xidmətinə görə təltif edilib  

Türkiyənin Naxçıvan şəhərindəki baş konsulu “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” qızıl nişanı ilə təltif olunub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədri Vasif Talıbov sərəncam imzalayıb.

Sərəncama əsasən baş konsul Mehmet Emin Kiraz muxtar respublika ilə Türkiyə Respublikası arasında əməkdaşlıq əlaqələrinin inkişafındakı xidmətlərinə görə “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” qızıl nişanı ilə təltif olunub.

Qeyd edək ki, Mehmet Emin Kiraz 2019-ci ilin oktyabrında Türkiyənin Naxçıvan şəhərinə təyin edilib.


Geri dön