Ana Sayfa > Karusel / Gündəm > Xınalığa 25 sm qar yağıb, şaxta olub
Xınalığa 25 sm qar yağıb, şaxta olub26-10-2021, 13:04. Yazar: Admin |
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, ölkə ərazisində oktyabrın 25-i axşam saat 18:00 radələrindən başlayaraq hava şəraiti dəyişib, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb, şimal-qərb küləyi güclənib. Şimal-qərb küləyi arabir Naftalanda 32 m/s, Tərtərdə 27 m/s, Tovuzda 24 m/s, Ağdam, Bərdədə 23 m/s, Ağstafa, Nabran, Neftçala, Gəncədə 20 m/s, Ceyrançöl, Göyçayda 18 m/s, Mingəçevir, Yevlaxda 17 m/s, Şəmkir, Şabran, Xaçmazda 16 m/s, Şərurda 15 m/s, Bakıda və Abşeron yarımadasında: Bakı, Qum adasında 28 m/s, Pirallahıda 25 m/s, Neft Daşları, Çilov adası, Maştağada 24 m/s, Sumqayıtda 22 m/s, Binədə 21 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5.5 metrə çatıb. Geri dön |