Ana Sayfa > Karusel / Gündəm > Azərbaycan gömrükçüləri külli miqdarda spirtli içki müsadirə edib
Azərbaycan gömrükçüləri külli miqdarda spirtli içki müsadirə edib26-10-2021, 12:40. Yazar: Admin |
Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşları Azərbaycanın gömrük ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda aksiz markası olmayan spirtli içkilərin və siqaretlərin realizə edilməsinin qarşısını alıblar. Qarabaginfo.az” bu barədə Komitəyə istinadən xəbər verir. Məlumata görə, Baş idarənin əməliyyat idarəsinə üzərində Azərbaycanın müvafiq aksiz markası olmayan müxtəlif markalı spirtli içkilərin Bakının Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən yaşayış sahələrində saxlanılması, habelə həmin spirtli içkilərin bir hissəsinin “Daewoo Damas” markalı minik avtomobilində satış məqsədilə realizə edilməsi barədə əməliyyat məlumatı daxil olub. Gömrük əməkdaşlarının ərazidə keçirdiyi əməliyyat tədbiri zamanı “Daewoo Damas” markalı minik avtomobilinə baxış keçirilib və avtomobilin salon və arxa yük yerində saxlanılan müxtəlif ölçülü karton qutulardan və selofan torbalardan 82 ədəd müxtəlif markalı spirtli içkilər aşkarlanıb. Bundan sonra əməliyyat tədbirlərinin davamı olaraq Badamdar qəsəbəsindəki evin həyətyanı sahəsində yerləşən 2 ədəd qapalı tipli yaşayış sahəsinə keçirilən baxış zamanı 1 443 ədəd spirtli içkilər və 100 qutu “Davidoff gold slims” markalı siqaretlər aşkar edilib. Aşkarlanan spirtli içkilərin və siqaretlərin ümumi dəyəri 48 502 manatdır. Geri dön |