Ana Sayfa > Karusel / Dünya > ÜST rəhbəri: “Arxayınlıq virus qədər təhlükəlidir”
ÜST rəhbəri: “Arxayınlıq virus qədər təhlükəlidir”26-10-2021, 08:37. Yazar: Admin |
ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus koronavirusla mübarizədə səyləri azaltmamağa çağırıb. Qarabaginfo.az xəbər verir ki, qurumun 72-ci sessiyasında çıxış edən Baş direktor bildirib ki, hazırki vəziyyətdə arxayınlıq virus qədər təhlükəlidir. “Pandemiya hələ bitməyib. Ölkələr hazırlıqlı olmalı, sayıqlığı bir an da olsa itirməməlidir. Pandemiya ilə mübarizə aparmaqla yanaşı ondan dərs çıxarmaq da lazımdır” deyə Qebreyesus əlavə edib. ÜST rəhbərinin fikrincə, pandemiya ilə mübarizə üçün maliyyə vəsaitləri azaldılmamalı, bütün fəaliyyətlər koordinasiyalı şəkildə həyata keçirməlidir. Bunun üçün də siyasi səviyyədə dəstəklənən yeni idarə mexanizmlərinin yaradılması zəruridir. Geri dön |