Ana Sayfa > Karusel / Siyasət > ABŞ və Kanada geri çəkildi. Ərdoğan məmnun qaldı

ABŞ və Kanada geri çəkildi. Ərdoğan məmnun qaldı

26-10-2021, 07:34. Yazar: Admin

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ və bir sıra digər ölkələrin səfirlikləri tərəfindən fəaliyyət göstərdiyi ölkənin daxili işlərinə qarışmamağı nəzərdə tutan diplomatik əlaqələr haqqında Vyana Konvensiyasının 41-ci maddəsinə riayət edilməsi ilə bağlı edilən bəyanatlarını alqışlayıb.

Qarabaginfo.az xəbər verir ki,bu barədə “Anadolu” agentliyinə dövlət başçısının administrasiyasındakı mənbələr məlumat verib.

Ərdoğan bu gün jurnalistlərə açıqlamasında bildirib ki, siyasi, iqtisadi, sosial və diplomatik sahədə hücumların səbəbi çaxnaşmadan irəli gələn hörmətsizlikdir.

“Köhnə vərdişlərinə qayıdanlar səhvlərini etiraf etməsələr, layiqli cavablarını alacaqlar. Biz bəzi səfirliklərin bəyanatlarına eyni kontekstdə baxırıq. Bu bəyanat bizim məhkəmə sistemimizə və ölkəmizin suverenliyinə qarşı yönəlib”, - deyə, Türkiyə lideri bildirib.

O, həmçinin qeyd edib ki, Konstitusiyaya görə, Türkiyə məhkəmə sistemi heç kimin əmrlərinə tabe deyil.

“Böhran yaratmaq niyyətimiz yoxdur, amma eyni zamanda ölkəmizin maraqlarını və hüquqlarını qorumalıyıq. Bu gün eyni səfirlərin yeni açıqlaması ilə bu böhtan məhkəmə sistemimizdən silindi”, - Ərdoğan vurğulayıb.

virtualaz.org

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ və bir sıra digər ölkələrin səfirlikləri tərəfindən fəaliyyət göstərdiyi ölkənin daxili işlərinə qarışmamağı nəzərdə tutan diplomatik əlaqələr haqqında Vyana Konvensiyasının 41-ci maddəsinə riayət edilməsi ilə bağlı edilən bəyanatlarını alqışlayıb.

Bu barədə “Anadolu” agentliyinə dövlət başçısının administrasiyasındakı mənbələr məlumat verib.

Geri dön