Ana Sayfa > Karusel / Gündəm > Hava şəraiti ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
Hava şəraiti ilə bağlı əhaliyə XƏBƏRDARLIQ25-10-2021, 19:01. Yazar: Admin |
Milli Hidrometeorologiya Xidmətinin proqnozuna görə, oktyabrın 27-dək ölkə ərazisində qeyri-sabit hava şəraitinin müşahidə olunacağı, güclü külək əsəcəyi, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir. Qarabaginfo.az xəbər verir ki, hava şəraiti ilə bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edib. Nazirlik vətəndaşları müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır. Belə ki, güclü küləyin səbəb ola biləcəyi təhlükələrdən qorunmaq üçün diqqətli davranaraq yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən, hündür ağaclardan uzaq durmaq, elektrik dirəyi və naqillərinin altında dayanmamaq tövsiyə olunur. Güclü külək zamanı yanğınların söndürülməsi mürəkkəbləşdiyindən yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir. Həmçinin leysan xarakterli intensiv yağıntıların səbəb ola biləcəyi daşqın və seldən qorunmaq üçün daşqın və sel təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur. Geri dön |