Ana Sayfa > Karusel / İdman > FHN əməkdaşı dünya çempionatında bürünc medal qazanıb

FHN əməkdaşı dünya çempionatında bürünc medal qazanıb


25-10-2021, 16:18. Yazar: Admin

Vüqar Babayev

 

Portuqaliyanın paytaxtı Lissabon şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatına yekun vurulub.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, 43 ölkədən 350-dən çox idmançının mübarizə apardığı dünya çempionatında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Corat xilasetmə məntəqəsinin rəisi daxili xidmət çavuşu Vüqar Babayev də iştirak edib.

Mötəbər yarışın sonuncu günündə Vüqar Babayev (M-2, 66 kq) dünya çempionatının bürünc medalını qazanıb. 


Geri dön