Ana Sayfa > Karusel / Gündəm > Koronavirusa yoluxmuş Hafiz Hacıyev süni nəfəs aparatından ayrılıb

Koronavirusa yoluxmuş Hafiz Hacıyev süni nəfəs aparatından ayrılıb


25-10-2021, 11:10. Yazar: Admin

 

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev

 


Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bu gündən palataya köçürülməlidir.

Qarabaginfo.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Hafiz Hacıyevin oğlu deyib.

O bildirib ki, atasının vəziyyəti yaxşıdır: “Həkimlər süni tənəffüs aparatından ayırıblar. Daha da yaxşı olacağına ümid edirik. Ağciyərində bir az buzlaşma olduğu üçün süni nəfəs aparatına qoşulmuşdu. Amma artıq yaxşıdır. Həkimlər bu həftənin axırına xəstəxanadan çıxara biləcəyimizi deyirlər”.

Qeyd edək ki, koronavirusa yoluxmuş H. Hacıyev oktyabrın 17-dən Mərkəzi Gömrük Xəstəxanasının reanimasiya şöbəsində müalicə alır.


Geri dön