Ana Sayfa > Karusel / İdman > Bu gün Türkiyə Super Liqasında mövsümün ilk İstanbul derbisi olacaq
Bu gün Türkiyə Super Liqasında mövsümün ilk İstanbul derbisi olacaq25-10-2021, 10:30. Yazar: Admin |
Bu gün futbol üzrə Türkiyə Super Liqasında mövsümün ilk İstanbul derbisi keçiriləcək. Qarabaginfo.az-ın məlumatına görə, X tura təsadüf edən matçda "Beşiktaş" "Qalatasaray"ı sınağa çəkəcək. "Vodofon Park" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Hazırda hər iki komandanın 17 xalı var. "Beşiktaş" 6-cı, "Qalatasaray" 8-ci pillədə qərarlaşıb. 97 illik rəqabətdə 349 matçın 123-nü "sarı-qırmızılar", 112-ni "ağ-qaralar" qazanıb. 114 görüşdə isə heç-heçə qeydə alınıb. Qolların nisbətində də "Cim-Bom"un üstünlüyü var - 487:456. "Beşiktaş" 2016-cı ildə istifadəyə verilmiş "Vodofon Park"da rəqibinə məğlub olmayıb. Arenadakı ilk derbi 2:2 hesablı heç-heçə ilə yekunlaşıbsa, digərlərində "ağ-qaralar" meydanı 3 xalla tərk edib. Komandalar arasındakı son 10 oyunda "Beşiktaş" üstünlüyə malikdir. "Qara qartallar" 5 dəfə qələbə qazanıbsa, 3 görüşdə məğlub olub, 2 qarşılaşma bərabəliklə başa çatıb. Geri dön |