Qarabaginfo.az xəbər verir ki, hər iki ölkənin rəsmiləri Türkiyə səfirlərinin ölkəni tərk etməsi ilə bağlı heç bir məlumat almadıqlarını bildiriblər.
“Səfirimiz deportasiyaya layiq bir hərəkət etməyib”, – deyə Norveç hökuməti bildirib.
İsveçdən də oxşar bəyanat gəlib.
Almaniya xarici işlər naziri isə digər 9 ölkənin rəsmiləri ilə “intensiv fikir mübadiləsi” apardıqlarını bildirib.
Danimarka Xarici İşlər Nazirliyindən verilən açıqlamada səfir Denni Annanın Türkiyədən getməsi ilə bağlı onlara heç bir rəsmi məlumatın daxil olmadığı bildirilib. Bəyanatda deyilir: “Biz öz prinsiplərimizə və ortaq dəyərlərimizə qarşı həssas olmağa davam edəcəyik”.
Qeyd edək ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 10 səfirin “persona non-qrata” elan edilməsi barədə təlimat verib.