Ana Sayfa > Karusel / Region > Özbəkistanda Prezident seçkiləri başlayıb

Özbəkistanda Prezident seçkiləri başlayıb


24-10-2021, 08:59. Yazar: Admin

Özbəkistanda Prezident seçkiləri başlayıb - YENİLƏNİB

Özbəkistanda keçirilən prezident seçkilərində səsvermə üçün seçki məntəqələri yerli vaxtla 08.00-da açılıb.

Qarabaginfo.az xəbər verir ki, seçki məntəqələri saat 20.00-dək işləyəcək.

Seçkidə ölkədə rəsmi fəaliyyət göstərən beş siyasi partiyanın namizədi mübarizə aparır.

Ekspertlərin fikrincə, seçkilərdə qələbəyə daha yaxın namizədliyi Özbəkistanın Liberal Demokrat Partiyasından irəli sürülmüş hazırkı prezident, 64 yaşlı Şavkat Mirziyoyev olaraq qalır.

Digər namizədlər - Ekoloji Partiyanın sədri, 46 yaşlı Narzullo Oblomuradov, Xalq Demokrat Partiyasının sədr müavini, 60 yaşlı Maksuda Varisova, “Ədalət” Partiyasının lideri, 62 yaşlı Bəhrom Abduxəlimov və “Milli Dirçəliş” Demokrat Partiyasının namizədi, partiyanın sədri, 46 yaşlı Əlişir Kadırovdur.

 


Geri dön