Ana Sayfa > Karusel / Dünya > ABŞ-da silahlı insident zamanı 1 nəfər ölüb, 7 nəfər yaralanıb

ABŞ-da silahlı insident zamanı 1 nəfər ölüb, 7 nəfər yaralanıb


24-10-2021, 07:59. Yazar: Admin

 

ABŞ-da silahlı insident zamanı 1 nəfər ölüb, 7 nəfər yaralanıb

ABŞ-ın Corciya ştatının Fort-Valli şəhərində silahlı insident baş verib.

Qarabaginfo.az “Fox News”a istinadən xəbər verir ki, hadisə tələbələrin təşkil etdiyi şənlikdə baş verib.

Hüquq -mühafizə orqanlarından verilən məlumata görə, atışma nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb.

Zərərçəkənlərdən bəziləri xəstəxanaya yerləşdirilib, onların vəziyyəti barədə heç bir məlumat verilməyib.

Polis yerli sakinlərə hadisə yerinə yaxınlaşmamaq barədə xəbərdar edib.


Geri dön