Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanda daha 2 315 nəfər koronavirusa yoluxub, 22 nəfər ölüb
Azərbaycanda daha 2 315 nəfər koronavirusa yoluxub, 22 nəfər ölüb23-10-2021, 18:32. Yazar: Admin |
Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 2 315 yeni yoluxma faktı qeydə alınıb, 981 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaginfo.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 22 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 514 289 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 483 559 nəfər müalicə olunaraq sağalıb, 6 869 nəfər vəfat edib. 23 861 nəfər aktiv xəstə sayını təşkil edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 053, bu günə qədər isə ümumilikdə 5 095 973 test icra olunub.
Geri dön |