Qafqazinfo.az xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyat zamanı tutulan hər iki şəxsə hökm oxunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elçin Xuduyev 13 il 6 ay, Elman Muradov isə 14 il müddətinə azadlıqdan məhrum ediliblər.
Onlar külli miqdarda narkotik vasitəni İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirmək və satmaqda ittiham olunurdu.(Qafqazinfo)