Ana Sayfa > Karusel / Region > "Ermənistan heç bir prosesdən qalib çıxa bilməz” – Erməni deputatdan ŞOK ETİRAF

"Ermənistan heç bir prosesdən qalib çıxa bilməz” – Erməni deputatdan ŞOK ETİRAF


23-10-2021, 09:11. Yazar: Admin
backend

sharethis sharing button“Ermənistan heç bir prosesdən qalib çıxa bilməz” – Erməni deputatdan ŞOK ETİRAF

“Bu hakimiyyətin davranışı və siyasəti göstərir ki, Ermənistan heç bir prosesdən qalib çıxa bilməz”.

Qarabaginfo.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə “Şərəfim var” fraksiyasından olan deputat Tiqran Abrahamyan fikir bildirib.

O, Ermənistanın müdafiə qabiliyyətinin modernləşdirilməsini qarşıdakı bütün təhdidlərin aradan qaldırılmasında ən vacib amil hesab etdiyini deyib: “Əsas məsələ həm canlı qüvvə, həm mövqe, həm də taktiki və hərbi baxımdan çoxsaylı itkilər verən Ermənistan ordusunun bərpası olmalıdır. Silahlı Qüvvələrdə köklü və real islahatlar aparılmayana qədər, heç bir məsələdə uğur qazana bilmərik ” – Tiqran Abramyan deyib.

Onun sözlərinə görə, indiki hakimiyyət bu baxımdan heç bir ciddi addım atmır: “Hakimiyyət sadəcə olaraq müxtəlif siyasətçilərə, mediaya və jurnalistlərə qarşı siyasi alətlərdən istifadə etməklə məşğuldur. Hakimiyyətin yeganə məqsədi cəbhə xəttində yaranmış real vəziyyəti gizlətməkdir. Səlahiyyətlilərin davranışı, yürütdükləri siyasət, Ermənistanın hansısa bir prosesdən qalib olaraq çıxa bilmə ehtimalını sıfıra endirir” – Abramyan fikirlərini tamamlayıb.


Geri dön