Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimov Avrasiya İqtisadi Əlaqələr Dərnəyi tərəfindən “Avrasiya Xidmət Ödülü”nə layiq görülüb.
Qarabaginfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ödül Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Ersin Tatar və onun həyat yoldaşı Sibel Tatar tərəfindən şəhid Polad Həşimovun anası Səmayə Həşimovaya təqdim edilib.
Mərasimdə çıxış edən dərnəyin rəhbəri Hikmət Eren bildirib ki, onların əsas fəaliyyəti Türk dünyası və Avrasiya ölkələri arasındakı iqtisadi, mədəni və sosial əlaqələri gücləndirmək, bu əlaqələrə yardımçı olmaqdır.
“Avrasiya Hizmət Ödülü”nün şəhid general Polad Həşimovun anası Səmayə Həşimovaya təqdim etməkdən qürur duyuram. Polad Həşimovun xatirəsini hörmətlə yad edirik”,-Hikmət Erek deyib
virtualaz.org