Ana Sayfa > Karusel / Dünya > BMT Efiopiyaya humanitar reysləri dayandırıb

BMT Efiopiyaya humanitar reysləri dayandırıb


22-10-2021, 20:56. Yazar: Admin

BMT Azərbaycana humanitar yardım TƏKLİF ETDİ - Modern.Az Azərbaycan və dünya xəbərləri

BMT Efiopiyanın Tiqray əyalətindəki Mekele şəhərinə humanitar uçuşları dayandırır.

Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik bildirib.

Onun məlumatına görə, təşkilatın Humanitar Hava Xidmətinin sözügedən şəhərə etdiyi bütün uçuşlar növbəti xəbərdarlığa qədər təxirə salınıb.

Təşkilatın sözçüsü BMT-nin uçuşlarının humanitar yardım təyyarəsinin istiqamətini dəyişdirmək səbəbindən dayandırildığını qeyd edib.

Qeyd edək ki, BMT-nin oktyabrın 22-də həyata keçirdiyi humanitar reys Efiopiyanın hərbi hava zərbələrinə görə Tigray bölgəsinin inzibati mərkəzi Mekeleyə einiş etməkdən imtina edib.

Həmin hava zərbələri nəticəsində 10-dan çox mülki şəxs yaralanıb.


Geri dön