Ana Sayfa > Karusel / Sosial > Azərbaycanda şirkətin 13 tondan çox yararsız süd məhsulları məhv edilib

Azərbaycanda şirkətin 13 tondan çox yararsız süd məhsulları məhv edilib


22-10-2021, 18:21. Yazar: Admin

Azərbaycanda şirkətin 13 tondan çox yararsız süd məhsulları məhv edilib

Azərbaycanda iri süd məhsulları istehsalçılarından olan şirkətlərdən birinin istehlaka yararsız və istifadə müddəti bitmiş məhsulları məhv edilib.

Bu barədə Qarabaginfo.az-a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, “AZ FP CO LTD” MMC-nin (“Milla”) 72 adda 13 ton 364 kiloqram 84 qram müxtəlif növ süd məhsulları Sumqayıtda yerləşən tullantıların zərərsizləşdirilməsi poliqonunda yandırılıb.


Geri dön