"Yeni Azərbaycan Partiyasında "dəyirmi masa" təşkil edilərək müxalif partiyaların fikirlərinin dinlənilməsi, partiya nümayəndələrinin çıxışlarının birbaşa Prezidentə çatdırılması ciddi məsələdir. Bu, digər siyasi partiyaların inkişafına kömək edir. Çünki Azərbaycanda hakim partiya hədsiz qüvvətli olduğu halda, digərləri çox zəifdir. Belə olan halda, hakim partiyaya öz fikirlərini çatdırmaq müxalif partiyalar üçün olduqca faydalıdır. Onu da qeyd edim ki, "dəyirmi masa"da iştirak etməyən AXCP və Müsavat Partiyasının elə bir fikri yoxdur ki, digər partiya rəhbərləri dialoqlar zamanı həmin mövzulara toxunmasınlar".
Qarabaginfo.az xəbər verir ki, bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.
Partiya sədri bildirib k, AXCP və Müsavat acizliklərindən hakimiyyətə gətirdiklərinə, bugünki hakimiyyətə qısqanc yanaşırlar və vəziyyətlə barışa bilmirlər: "Beləliklə, uduzan tərəf özləri olurlar. Baxın, AXCP və Müsavatın sıralarında nə qədər savadlı şəxslər var idi, amma indi heç biri yoxdular. Vaxtında öz ixtisaslarına uyğun çalışıb mübarizə aparsaydılar, indi həm dövlətə faydalı olardılar, həm də ailələrini yaxşı dolandırardılar. Sona qədər mübarizə apardılar ki, biz hakimiyyətə gələcəyik. Amma nə xeyri oldu?! Heç hakimiyyətə də gələ bilmədilər. Ona görə də belə dialoqlardan uzaq qalmaq lazım deyil. Düşmən ölkələrlə belə dialoqlar aparırlar, biz bir dövlətin daxilində niyə milli məsələləri müzakirə etməyək?! Həmçinin unutmaq olmaz ki, mövzu Vətən müharibəsindəki zəfərlə bağlı idi. Mən çıxışımda da dedim ki, dövlətin daxili siyasəti ilə bağlı bir sıra məsələlərlə razı deyiləm. Yəni, demək, fikri bildirmək lazımdır. AXCP, Müsavat bu yolla nə əldə edirlər, bilmirəm. Sadəcə olaraq, özlərini göstərirlər ki, bunlar barışmaz və radikaldırlar. Bu yolu seçiblər, özləri bilərlər. Amma hesab etmirəm ki, bu, onlara xeyir gətirsin".
Geri dön
|