Ana Sayfa > Karusel / Gündəm > Qaradağda ər arvadını məftillə boğub öldürdü

Qaradağda ər arvadını məftillə boğub öldürdü


22-10-2021, 10:19. Yazar: Admin

 

Qaradağda ər arvadını məftillə boğub öldürdü

 

Oktyabrın 21-i saat 19 radələrində Qaradağ rayonu, Sahil qəsəbə sakini 1990-cı il təvəllüdlü Aliyə Məmmədova yaşadığı evdə öldürülüb.

Prokurorluqdan Qarabaginfo.az-a verilən məlumata görə, zərərçəkmişin əri 1985-ci il təvəllüdlü Vilayət Məmmədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Aliyə Məmmədovanı məftillə boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Vilayət Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Geri dön