Ana Sayfa > Karusel / Dünya > Bayden: “Vaşinqton Çinlə soyuq müharibə istəmir, lakin geri çəkilməyəcək”

Bayden: “Vaşinqton Çinlə soyuq müharibə istəmir, lakin geri çəkilməyəcək”


22-10-2021, 08:44. Yazar: Admin

ABŞ Prezidenti Co Bayden

 

“Vaşinqton Çinlə soyuq müharibə istəmir, lakin geri çəkilməyəcək”.

Qarabaginfo.az “CNN”ə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden Merilend ştatının Baltimor şəhərində keçirilən ictimai toplantıda çıxışı zamanı bildirib.

"Mən Çin Xalq Respublikasının sədri ilə çox danışmışam və digər liderlərdən daha çox onunla danışıqlara vaxt sərf etmişəm. Mən Çinlə soyuq müharibə istəmirəm. Mən Çinin başa düşməsini istəyirəm: biz geri çəkilməyəcəyik, heç bir fikri dəyişməyəcəyik”, deyə ABŞ lideri vurğulayıb.

Bayden, eyni zamanda, ABŞ-ın Tayvanla bağlı da rəsmi mövqeyini diqqətə çatdırıb: “Çin hücum edilərsə, Vaşinqton Tayvanın təhlükəsizliyini təmin etməyə hazırdır. Bəli, bizim bununla bağlı öhdəliyimiz var”.


Geri dön