Qarabaginfo.az “TMZ” portalına istinadən xəbər verir ki, səhnələşdirilmiş atışma zamanı filmi lentə alan operator və rejissor güllə yarası alıb.
Santa Fe polisindən bildirilib ki, hadisə Nyu Meksikoda çəkiliş meydançasında baş verib: “Aktyorların atəş açdığı silahlar səhvən boş patronlardan deyil, həqiqi, döyüş qabiliyyətli patronlarla doldurulub. Çəkiliş zamanı iki nəfər güllə yarası alıb”.
Güllələrdən biri rejissorun körpücük sümüyünü zədələyib. Digər yaralı - operator isə sanitar aviasiya vasitəsilə xəstəxanaya aparılıb. O, aldığı güllə yaralarından xəstəxanada dünyasını dəyişib.
İlkin məlumata görə, filmin qəhrəmanı Bolduin xəsarət almayıb.
Çəkilişlər müvəqqəti dayandırılıb. Polis araşdırmaya başlayıb.(Apa)