Ana Sayfa > Karusel / Qarabağ > Zəngilan rayonunun Ağbənd qəsəbəsinin işğaldan azad edilməsinin ildönümüdür

Zəngilan rayonunun Ağbənd qəsəbəsinin işğaldan azad edilməsinin ildönümüdür


22-10-2021, 00:09. Yazar: Admin

Ağbəndin işğaldan azad olunması məruzə edilir

 

Azərbaycan Ordusunun Zəngilan rayonunun Ağbənd qəsəbəsini işğaldan azad etməsindən 1 il ötür.

Qarabaginfo.az xəbər verir ki, Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də başlayan əks-hücumla qıza müddətdə xeyli ərazini və yaşayış məntəqəsini erməni işğalından xilas edib.

Araz çayı boyu da uğurlu əməliyyatlar keçirilib, düşmənin xeyli canlı qüvvəsi və texnikası məhv edilərək, ağır məğlubiyyətə uğradılıb, geri çəkilməyə məcbur edilib.

Əks-hücum əməliyyatlarının 26-cı günü – 2020-ci il oktyabrın 22-də Zəngilan rayonunun Ağbənd qəsəbəsi işğaldan azad edilib. Bununla Azərbaycanın İranla 132 km-lik sərhəd ərazisi işğalçılardan tamamilə təmizlənib.

Oktyabrın 22-də Azərbaycan Ordusu daha 20 yaşayış məntəqəsini - Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli, Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstalıbəyli, Dərzili, Zəngilan rayonunun Kolluqışlaq, Malatkeşin, Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz və Dəlləkli kəndlərini də işğaldan azad edib.

Ağbənd qəsəbəsinin işğaldan azad edilməsinin mühüm siyasi və hərbi əhəmiyyəti var. Ağbəndin işğaldan azad edilməsi ilə Azərbaycan 30 ildən sonra İranla sərhədini tam bərpa edərək nəzarətə götürməklə yanaşı, cənub-qərb istiqamətində Ermənistanla sərhədə çıxıb. Ermənistan bununla hərbi və psixoloji cəhətdən növbəti zərbəni alıb.

Ağbənd qələbəsi 44 günlük müharibənin sonrakı gedişində mühüm rol oynayıb. Ermənistan Ordusu Azərbaycan Silahlı Qüvvələrinin bir neçə istiqamətdən zərbələrinə tab gətirməyərək, əraziləri boşaltmaq, sərhədlərinə doğru geri çəkilmək məcburiyyətində qalıb.


Geri dön