Ana Sayfa > Karusel / Siyasət > Putin: "NATO-nun Ukraynada mövcudluğu Rusiya üçün təhlükədir"

Putin: "NATO-nun Ukraynada mövcudluğu Rusiya üçün təhlükədir"


21-10-2021, 22:51. Yazar: Admin

Vladimir Putin

 

Şimali Atlantika Alyansının Ukraynada hərbi mövcudluğu Rusiya üçün təhlükə yaradır.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Valday Beynəlxalq Diskussiya Klubunun plenar iclasında bildirib.

"Ukraynanın NATO-ya rəsmi üzvlüyü ola bilsin ki, baş tutmayacaq, ancaq ərazinin hərbi cəhətdən mənimsənilməsi artıq gedir. Bu, həqiqətən də Rusiya Federasiyası üçün təhlükə yaradır və biz bunun fərqindəyik".

Putinin sözlərinə görə, Amerika Birləşmiş Ştatlarının müdafiə naziri Lloyd Austin verdiyi bəyanatlarla faktiki olaraq Ukrayna üçün NATO-nun qapısını açır: "Pentaqon rəhbəri "bəli, hər bir ölkənin buna haqqı var" deməklə Ukrayna üçün NATO-nun qapısını açır. Heç kim yox demir. Hətta indi Kiyevlə Şimal alyansı arasında yaxınlaşma prosesini əngəlləyən Avropa ölkələrinin liderləri də Ukraynanın təşkilata üzvlüyünə qarşı çıxmırlar".(Apa)


Geri dön